...

Türkiyədə silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 12:02 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb, 196 tapança və silah istehsalında istifadə olunan materiallar ələ keçirilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyə Daxili İşlər Nazirliyi yanında Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Pendikdəki bir rezidensiyada silah istehsal edildiyini və bu ünvanın eyni zamanda silahları saxlamaq üçün depo olaraq istifadə edildiyini müəyyən ediblər.

Məlumata görə, keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb, ərazidə 196 tapança, 196 maqazin, 3061 patron, 1568 tapança gövdəsi və 60 paketdə müxtəlif silah hissələri ələ keçirilib.

Polis tərəfindən 1 Yanvar - 7 Oktyabr 2024 tarixləri arasında "icazəsiz silah saxlama, daşıma, istehsal və ticarət" cinayətləri üzrə 9911 şübhəliyə hüquqi tədbir görüldüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti