...

Əlcəzair Prezidenti Afrika ölkələrini birlik nümayiş etdirməyə çağırıb

Dünya xəbərləri Materials 1 Dekabr 2024 21:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Afrika ölkələrini həmrəyliyə və vahid mövqedən çıxış etməyə çağırıb.

“Böyük dövlətlər arasındakı fikir ayrılıqları qlobal sülh və təhlükəsizliyə, xüsusilə də Afrikanın sabitliyinə ciddi təhlükə yaradır.”

Trend xəbər verir ki, bunu Əlcəzair Prezidenti Əbdülməcid Təbbun bildirib.

Prezident qeyd edib ki, dünya hazırda beynəlxalq sabitliyi təhlükə altına alan artan gərginliklər və əsaslı dəyişikliklər dövrünü yaşayır. “Bu qarşıdurmalar qlobal təhlükəsizliyi, o cümlədən Afrikadakı vəziyyəti də risk altına qoyur.”

Təbbunun fikrincə, Afrika artıq beynəlxalq arenada arxa planda qalmamalıdır:

“Afrika birləşərək beynəlxalq səhnədə güclü və təsirli səsini eşitdirməlidir. İndi hər zamankından daha çox, birlik nümayiş etdirən Afrika dünya işlərində mühüm rol oynamağa hazırdır.”

Əlcəzair lideri əlavə edib ki, Afrika ölkələri BMT-də, xüsusən də sülh və təhlükəsizliklə bağlı qərarlarda öz səslərinin nəzərə alınmasını təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti