...

Haaqada baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib

Dünya xəbərləri Materials 7 Dekabr 2024 19:35 (UTC +04:00)
Haaqada baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Partlayışın baş verdiyi evin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.

Trend xəbər verir ki, bu barədə NOS telekanalı Haaqa meri Yan van Zanena istinadən məlumat yayıb.

Hazırda dağıntılar ağır texnika ilə təmizlənir və digər zərərçəkənlərin axtarışı davam edir. Ölən şəxsin şəxsiyyəti hələ müəyyən edilməyib. Üç nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Mer bildirib ki, hazırda əsas məqsəd xilasetmə əməliyyatı deyil, dağıntılar altından cəsədlərin çıxarılmasıdır. "Ən pis ssenarini nəzərə alırıq," - deyə o vurğulayıb. Partlayış zamanı evdə neçə nəfərin olduğunu dəqiq bilmək mümkün deyil, lakin əvvəlcə dağıntılar altında 20-yə yaxın insanın ola biləcəyi ehtimal edilirdi.

Xəbər lenti

Xəbər lenti