Bakı. Trend:
İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 33 nəfər ölüb, 84 nəfər isə itkin düşüb.
Trend xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
HƏMAS-a bağlı Qüds portalı əvvəlcə Nuseyratda yaşayış binalarının atəşə tutulduğunu və nəticədə 50-dən çox insanın yaralandığını bildirib. Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saat ərzində ən azı 71 fələstinli həyatını itirib.