Bakı. Trend:
Birləşmiş Ştatları tərəfindən təcavüz olarsa, İran tərəddüd etmədən onların təhdidlərinə cavab verəcək.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyi bildirib.
“Amerikalılar bizim barəmizdə öz baxışlarını səsləndirirlər, bizi təhdid edirlər. Onlar bizi təhdid edəcəklərsə, biz də onları təhdid edəcəyik. Onlar bu təhdidləri gerçəkləşdirəcəklərsə, biz də buna qarşılıq verəcəyik. Əgər onlar bizim ölkənin təhlükəsizliyinə əl qoysalar, biz tərəddüd etmədən eynisini edəcəyik”, -deyə Xameneyi İranın Hərbi Hava Qüvvələri və Hava Hücumlarından Müdafiə kommandanlığı ilə keçirdiyi görüşdə bildirib.
Xatırladaq ki, fevralında 4-də Donald Tramp ABŞ-nin İrana qarşı maksimum təzyiq siyasətinin bərpa olunması ilə bağlı fərman imzalayıb. Sənəddə yer alan ölçülər arasında İran neftinin ixracının məhdudlaşdırılamasına yönəlmiş sərt ölçülər də qeyd olunub.