...

Səudiyyə Ərəbistanından zəvvarlarla bağlı vacib qərar

Dünya xəbərləri Materials 8 Fevral 2025 02:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi (GACA) müqəddəs torpaqlara ümrə ziyarətinə gələn zəvvarların "Neisseria" meningitə qarşı peyvənd olunmaq tələbini aradan qaldırıb.

Trend xəbər verir ki, bu barədə təlimat artıq ölkənin hava limanlarında fəaliyyət göstərən hava yolları şirkətlərinə göndərilib.

Qeyd edək ki, yanvarın 10-də qəbul olunmuş peyvənd tələbi qərarına görə, zəvvarların ən azı 10 gün, ən çoxu isə 3 il əvvəl peyvənd olunmaları tələb olunurdu. Krallıq hökuməti dünyanın dörd bir yanından gələnlərin yaratdığı izdiham səbəbindən meningit epidemiyalarına əlverişli bir mühitin yarandığını nəzərə alaraq belə bir qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti