Bakı. Trend:
İsrailin üç Qəzza polisinin həlak olması ilə nəticələnən Qəzza zolağına pilotsuz uçuş aparatı vasitəsilə hücumu atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır.
Trend-in məlumatına görə, bu barədə Fələstinin "HƏMAS" hərəkatının açıqlamasında bildirilib.
"Bu səhər İsrail pilotsuz uçuş aparatı tərəfindən Rafah şəhərinin şərqinə humanitar yardımın daxil olmasını təmin edən polis əməkdaşlarına xain zərbənin endirilməsi atəşkəs sazişinin ciddi şəkildə pozulması dəməkdir", - deyə qeyd olunub.