Bakı. Trend:
"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi bazar günü Aya eniş edəcək.
Trend-in məlumatına görə, bu barədə "NASA"dan məlumat verilib.
Aya eniş ABŞ şərq sahilləri vaxtı ilə saat 03:34-ə planlaşdırılıb. Modulun Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağı yaxınlığında səthdə aktiv işi 14 gün davam edəcək.
Aya eniş aparatı yanvarın 15-də "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə buraxılıb. Kosmik gəmi Ay haqqında bilikləri inkişaf etdirməyə və gələcək insanlı missiyalara hazırlaşmağa kömək edəcək 10 "NASA" tədqiqat alətini daşıyır.