...

2024-cü ildə miqrant ölümü son beş ilin rekorduna çatıb

Dünya xəbərləri Materials 21 Mart 2025 23:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə dünya üzrə miqrantların ölüm sayı 9 minə yaxınlaşaraq son beş ilin ən yüksək göstəricisi olub.

Trend-in məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatına əsasən, cari ildə miqrasiya marşrutlarında 8 938 nəfər həyatını itirib. Lakin real rəqəmin daha yüksək olduğu ehtimal edilir, çünki bir çox hadisələr qeydə alınmır.

Ən çox ölüm halları Asiyada (2 788 nəfər), Afrikada (2 242 nəfər) və Aralıq dənizi regionunda (2 452 nəfər) baş verib. Avropada isə bu göstərici 233 nəfər təşkil edir.

Amerikada azı 1 233 miqrant həyatını itirib. Xüsusilə Karib hövzəsində rekord sayda – 341 ölüm faktı qeydə alınıb, Daryen körfəzini keçməyə çalışarkən isə 174 nəfər ölüb.

BMT-nin məlumatına görə, ölənlərin əksəriyyətinin kimliyi hələ də müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti