Bakı. Trend:
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi baş nazir Han Dak-Sunun impiçmenti qərarını ləğv edərək, onu ölkə prezidenti vəzifələrinin müvəqqəti icraçısı vəzifəsinə qaytarıb.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Ötən ilin dekabr ayında ölkədə yaşayan siyasi çəkişmələr fonunda prezident Yun Suk-Yol ölkədə fövqəladə vəziyyət elan etmək cəhdindən sonra həbs edilmiş və onun vəzifələrinin icrası müvəqqəti olaraq Han Dak-Suna həvalə olunmuşdu.
Lakin onun bu postda müddəti cəmi 2 həftə çəkmişdi və yerli qanunvericilər səsvermə yolu ilə onun impiçmenti haqda qərar çıxarmışdılar.
Onun impiçmenti üçün isə zəmin Hanın Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyinatına əngəl yaratması olmuşdu.
Lakin bazar ertəsi ölkənin ən ali məhkəməsi onu yenidə müvəqqəti dövlət başçısı vəzifəsinə qaytarıb.
“Konstitusiya Məhkəməsinə bu müdrik qərara görə təşəkkür edirəm. Hökumətdə nizam yaratmaqdan ötrü əlimdən gələni edəcəyəm”, - deyə o, bu qərara reaksiyasında bildirib.