...

Böyük Britaniya müdafiə xərclərini artıracaq

Dünya xəbərləri Materials 26 Mart 2025 06:30 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya hökuməti yeni maliyyə ilində hərbi xərcləri ÜDM-in 2,36%-nə qədər artıracaq.

Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, martın 26-da ölkənin maliyyə naziri Reyçel Rivs Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı hərbi büdcənin 2,2 milyard funt sterlinq (2,9 milyard dollar) artırılmasını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti