Bakı.Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin Zuqdidi rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik vasitələrlə bağlı cinayətlərdə ittiham olunan Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşları olan dörd nəfəri saxlanılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1993-cü il təvəllüdlü D.A., 1994-cü il təvəllüdlü A.E., 1986-cı il təvəllüdlü A.V. və 1996-cı il təvəllüdlü N.M. həbs ediliblər.
Bu cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və onların istifadə etdiyi avtomobillərdə axtarış zamanı sübut kimi 54 bağlamada qablaşdırılmış külli miqdarda "kokain" və "metadon" maddələrini müsadirə ediblər.