Bakı. Trend:
ABŞ administrasiyası ölkə xaricində istehsal edilən bütün avtomobillərə 25 % idxal rüsumu tətbiq edəcək.
Trend xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Biz faktiki olaraq 25 % tarif tətbiq edəcəyik. Lakin əgər avtomobillər ABŞ-da yığılırsa, o zaman bu tariflər keçərli olmayacaq”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, yeni rüsumlar aprelin 2-dən qüvvəyə minəcək.