Bakı. Trend:
Ermənistanın Gümrü şəhərindən seçkilər zamanı rüşvət vermək və almaq, seçkilər zamanı xeyriyyəçilik qadağasını pozmaq ittihamı ilə 8 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi xəbər verib.
Qeyd olunub ki, saxlanılanlar arasında Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə iştirak edən siyasi qüvvələrin nümayəndələri və tərəfdarları da var.
Bildirilib ki, saxlanılanlardan üçü etiraf ifadələrini verib və istintaqa kömək ediblər. Onlardan ikisi barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətimkan tədbiri seçilib. Saxlanılan qalan 6 nəfərlə bağlı isə istintaq inzibati nəzarətin tətbiq edilməsini xahiş edib.