Bakı. Trend:
ABŞ-nin bir sıra ölkələrə qarşı tətbiq etdiyi yeni rüsumların yerli iqtisadiyyata təsirləri ilə əlaqədar Venesuelada aprelin 8-dən etibarən fövqəladə vəziyyət elan edilib
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Venesuela lideri Nikolas Maduro bəyan edib.
“Sabah mən Venesuela iqtisadiyyatını müdafiə etmək məqsədilə fövqəladə iqtisadi vəziyyət haqqında fərman imzalayacam”, - deyə Maduro bildirib.
O, yeni yüksək rüsumlara görə Vaşinqtonun yürütdüyü siyasəti tənqid atəşinə tutub və ABŞ hökumətini beynəlxalq iqtisadi qaydaları pozmaqda və ədalətsiz idxal rüsumları tətbiq etməkdə ittiham edib.
Xatırladaq ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Tramp yeni gömrük rüsumları sistemini təsdiqləyib. Əsas rüsum dərəcəsi bütün idxal olunan məhsullar üçün 10% təşkil edir, ayrı-ayrı ölkələr üçün isə bu göstərici daha yüksək olacaq: Məsələn, Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%.