...

Puerto-Rikoda kütləvi elektrik kəsintisi: Əhalinin 80 faizi işıqsız qaldı

Dünya xəbərləri Materials 17 Aprel 2025 04:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Puerto-Rikoda günorta saatlarında bütün adanı əhatə edən genişmiqyaslı elektrik kəsintisi baş verib.

Trend-in məlumatına görə, bu barədə yerli El Nuevo Dia qəzeti məlumat yayıb.

Bildirilir ki, qəza yerli vaxtla saat 12:40-da (Bakı vaxtı ilə 20:40) ölkədəki bütün elektrik enerjisi generasiya stansiyalarının gözlənilmədən sıradan çıxması nəticəsində baş verib. Nəticədə təxminən 1,1 milyon insan – yəni Puerto-Riko əhalisinin 80 faizə yaxını – işıqsız qalıb.

Elektrik təchizatına cavabdeh olan LUMA şirkəti və hökumət orqanları problemin aradan qaldırılması üçün operativ tədbirlər gördüklərini açıqlayıblar.

Hadisəyə münasibət bildirən Xalq Demokratik Partiyasının lideri Pablo Xose Hernandes enerji sektorundakı böhranın artıq illərdir davam etdiyini və vəziyyətin ildən-ilə daha da pisləşdiyini vurğulayıb. O, bu problemin yalnız uzunmüddətli və davamlı həll yolları ilə aradan qaldırıla biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti