...

ABŞ Müdafiə Nazirliyində daha bir vəzifəli şəxs vəzifədən uzaqlaşdırılıb

Dünya xəbərləri Materials 17 Aprel 2025 04:53 (UTC +04:00)
ABŞ Müdafiə Nazirliyində daha bir vəzifəli şəxs vəzifədən uzaqlaşdırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Ukrayna da daxil olmaqla məxfi məlumatların sızması ilə bağlı aparılan istintaq çərçivəsində daha bir yüksək vəzifəli məmuru müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.

Trend-in Politico qəzetinə istinadla verdiyi məlumata görə, müdafiə nazirinin müavininin aparat rəhbəri Kolin Kerrol inzibati məzuniyyətə göndərilib. Nəşr qeyd edir ki, bu, Pentaqonda davam edən araşdırmalar fonunda həyata keçirilən növbəti addımdır.

Bundan əvvəl Pentaqonun aparat rəhbərinin müavini Derin Selnik və müdafiə nazirinin müşaviri Den Koldvel də analoji səbəblərlə vəzifələrindən uzaqlaşdırılmışdılar.

“Politico” yazır ki, araşdırmalar Panama kanalı ilə bağlı hərbi planların, Qırmızı dənizdə ABŞ-ın daha bir aviadaşıyıcısının yerləşdirilməsinə dair planların, İlon Maskın Pentaqona səfərinin və Ukrayna üçün toplanan kəşfiyyat məlumatlarının sızmasına yönəlib.

Qeyd edək ki, aprelin əvvəlində Pentaqonun baş müfəttişinin ofisi ABŞ-ın Yəmənə endirdiyi zərbələrə dair məlumatların “Signal” mesencerində yayılması ilə bağlı ayrıca yoxlama başladıb.

Xəbər lenti

Xəbər lenti