...

Trampın rüsum siyasəti Almaniyaya 2028-ci ilə qədər 290 milyard avroya başa gələ bilər

Dünya xəbərləri Materials 17 Aprel 2025 07:48 (UTC +04:00)
Trampın rüsum siyasəti Almaniyaya 2028-ci ilə qədər 290 milyard avroya başa gələ bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı siyasəti Almaniyaya 2028-ci ilə qədər təxminən 290 milyard avro ziyan vura bilər.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti Köln Alman İqtisadiyyatı İnstitutunun (IW) hesablamalarına istinadla yazıb.

Araşdırmaya əsasən, bu məbləğ ildə Almaniyanın ÜDM-nin 1,6 faizinə bərabərdir. Avropa İttifaqı üzrə ümumi zərərlərin isə 2025-2028-ci illər ərzində 1,1 trilyon avroya qədər ola biləcəyi proqnozlaşdırılır. Qəzet qeyd edir ki, ABŞ-in rüsum siyasətindən ən çox inkişaf etməkdə olan ölkələr zərər çəkəcək və onların bəzilərində iqtisadi artımın kəskin azalması baş verə bilər.

Tədqiqatda ABŞ-nin gömrük rüsumlarının müxtəlif ölkələrin iqtisadiyyatına təsiri təhlil olunub. ABŞ hazırda Almaniyanın əsas ticarət tərəfdaşlarından biridir və dünya üzrə ən böyük ixracatçılardan biri olan Almaniya üçün ticarət müharibəsinin təsirləri daha ağır ola bilər.

İqtisadçılar bildirirlər ki, yalnız ABŞ-nin rüsumlarının təsiri nəticəsində Almaniyada 2025-2028-ci illər arasında iqtisadi istehsalda təxminən 200 milyard avro həcmində itki ola bilər ki, bu da ildə ÜDM-in 1,2 faizi deməkdir.

Əgər Vaşinqtonun ticarət tərəfdaşları da qarşılıqlı olaraq ABŞ-dən idxala rüsumlar tətbiq edərsə, Almaniyanın ümumi zərərləri 290 milyard avroya qədər arta bilər. Xüsusilə Çin və ABŞ arasında ticarət gərginliyinin artması, Almaniya üçün çox ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər.

Xəbər lenti

Xəbər lenti