Bakı. Trend:
İndoneziyanın Sulavesi adasının sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 10 min insanın yaşadığı Modisi şəhərindən 46 kilometr cənub-şərqdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilməyib.