Bakı. Trend:
ABŞ-də Harvard Universitetinə ayrılmış ümumilikdə 2.7 milyon dollar həcmində iki qrant Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyi (DTN) tərəfindən ləğv olunub.
Trend xəbər verir ki, bu barədə DTN rəsmi sənədində deyilir.
“Bu gün ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinə ayrılmış ümumilikdə 2.7 milyon dollardan çox məbləğdə olan iki qrantın ləğv olunduğunu elan edib”, - deyə sənəddə qeyd olunur.
Belə bir bəyanat ABŞ prezidenti Donald Trampın Harvard Universitetinin federal maliyyələşməsinin dondurulması və həmin təhsil müəssisəsinin vergidən azad statusuna yenidən baxılması ilə bağlı qərarından sonra gəlib.