...

Ağ Ev rəhbəri "Tramp2028" yazılı köynək və papaqların satışına başlayıb

Dünya xəbərləri Materials 25 Aprel 2025 14:32 (UTC +04:00)
Ağ Ev rəhbəri "Tramp2028" yazılı köynək və papaqların satışına başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Trampın onlayn mağazasında “Tramp 2028” yazılı futbolka və papaqlar satışa çıxarılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu Ağ Ev rəhbərinin üçüncü müddətə prezident seçilmək niyyətinə bir eyhamdır. Tramp növbəti dəfə prezident seçilməyinin mümkünlüyünü istisna etməsə də, analitiklərin çoxu bu ehtimalın çox aşağı olduğunu hesab edir.

Qeyd edilir ki, “Tramp2028” yazılı tünd göy və qırmızı rəngdə olan futbolkalar 36 dollara satışa çıxarılıb.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişindəki qadağaya baxmayaraq, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti