Bakı. Trend:
Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, əsas qanunvericilikdə dəyişiklik edilməsinə şəxsən özüm təşəbbüs irəli sürəcəyəm.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Yerevan Dialogue” adlı beynəlxalq forumda etdiyi çıxış zamanı deyib.
“Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığını qərara alsa, mənim şəxsi mövqeyim ondan ibarət olacaq ki, konstitusiyaya dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcəyəm. Çünki hesab edirəm ki, sülhün əldə olunması fürsəti əldən verilməməlidir”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri daha əvvəl yeni konstitusiyanın qəbulunu hədəflədiyini bəyan etmişdi.