...

Yaponiyadan ABŞ-yə uçan təyyarə məcburi eniş edib

Dünya xəbərləri Materials 26 May 2025 16:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyadan ABŞ-nin Hyuston şəhərinə uçan “All Nippon Airways” hava yollarına məxsus sərnişin təyyarəsi göyərtədə yaranan insidentlə əlaqədar Sietlın Takoma Beynəlxalq aeroportuna məcburi eniş edib.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, Tokyonun Haneda aeroportunda çıxan təyyarədə sərnişinlərdən birinin uçuşda olan təyyarənin qapısını açmağa cəhd etdiyi bildirilir. İnsidentlə bağlı məlumatlandırıldıqdan sonra dispetçerlər 9 saat uçuşda olan təyyarəni Sietl aeroportuna yönləndirib.

Məcburi enişə səbəb olmuş sərnişinin aqibəti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti