Bakı. Trend:
“VolvoCars” avtokonserni şirkətin sərt büdcə ishalatları çərçivəsində xərcləri azaltmaq məqsədilə işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır. Şirkət bütün dünya üzrə olan müəssisələrindən, çoxu İsveçdən olmaqla təxminən 3 min əməkdaşını ixtisar edəcək.
Trend bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, 18 milyard kron həcmində olan tədbirlər planına görə, ixtisarlar ilk növbədə şirkətin İsveçdəki ofisində həyata keçiriləcək. Ümumilikdə avtokonsernin dünya üzrə ofis personalının 15 faizə yaxını ixtisar olunacaq.
Şirkət bu kimi tədbirlərin “Volvo Cars”ın uzunmüddətli strategiyasının gerçəkləşdirilməsi üçün zəruri olduğunu vurğulayıb.
Şirkət rəhbərliyi eyni zamanda həmkarlar ittifaqlarları ilə danışıqlara başlayıb.