...

Yaponiyanın Hokkaydo adasında iki zəlzələ olub

Dünya xəbərləri Materials 27 May 2025 04:28 (UTC +04:00)
Yaponiyanın Hokkaydo adasında iki zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın Hokkaydo adasında son 24 saat ərzində 5,1 və 4,4 bal gücündə iki zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

Məlumata əsasən, 5,1 bal gücündə ilk zəlzələ bazar ertəsi axşam Hokkaydonun cənubunda, 54 km dərinlikdə qeydə alınıb. 4,4 bal gücündə ikinci təkan çərşənbə axşamı gecə eyni ərazidə, 42 km dərinlikdə baş verib.

Hər iki seysmik hadisə Saxalin vilayətinin məskunlaşdığı ərazilərdə hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti