...

Mərakeşdə iki yaşayış binası çöküb: ölənlərin sayı 22 nəfərə çatıb

Dünya xəbərləri Materials 10 Dekabr 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşin Fəz şəhərində bir-birinə bitişik iki binanın çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fəz şəhər prokurorluğu məlumat yayıb.

Məlumata görə, binalardan birində ümumiyyətlə yaşayan olmayıb, digərində isə körpənin doğumunun qeyd olunduğu Əqiqə mərasimi keçirilib.

Prokurorluq rəsmi itki sayının dəyişəcəyini istisna etməyib.

xxx

14:18

Mərakeşin Fəs şəhərində bir-birinə yaxın iki yaşayış binası çöküb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə nəticəsində azı 19 nəfər həlak olub, 16 nəfər yaralanıb.

İnsidentin baş verdiyi binalarda səkkiz ailənin yaşadığı bildirilir. Xilasedicilər dağıntılar altında sağ qaldığı güman edilən sakinləri çıxarmağa çalışırlar.

Hadisənin səbəbləri barədə rəsmi məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti