Bakı. Trend:
Fransanın Sen-Trope şəhərində yerləşən Notr-Dam-Del-Assompsyon kilsəsində korifey aktrisa Bricit Bardo ilə vida mərasimi keçirilib.
Trend bu haqda xarici KİV-ə istinadən xəbər verir.
Mərasimdə aktrisanın ailə üzvləri, dostları və “Bardo Fondu”nun heyvan haqqları fəalları iştirak ediblər.
Aktrisanın xatirəsini anmaq üçün “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen, müğənni Mirey Matye, eləcə də kanadalı ekoloq Pol Uotson da mərasimə qatılıb.
Qeyd edilir ki, Bricit Bardonun vəfat etdiyi barədə məlumat 28 dekabr tarixində yayılıb. Aktrisa 91 yaşında dünyasını dəyişib. Fransız aktrisanın ölümünə səbəb xərçəng xəstəliyi olub.
