...

Mərakeşdə daşqın səbəbindən 150 min insan məcburi köçkün düşüb

Dünya xəbərləri Materials 9 Fevral 2026 15:41 (UTC +04:00)
Mərakeşdə daşqın səbəbindən 150 min insan məcburi köçkün düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşin şimalında güclü daşqın səbəbindən 150 mindən çox insan məcburi köçkün düşüb.Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub, bir nəfər itkin düşüb. Ölənlərdən biri iki yaşlı uşaq olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Daşqın əraziləridən təxliyə olunan insanlar Kenitra yaxınlığında qurulmuş düşərgədə çadırlarda qalırlar. Yaranmış şəraitdə ərzaq və tibbi yardıma tələbat kəskin şəkildə artıb.

Zərərçəkənlər ərazidən qayıq və helikopterlərin köməkliyi ilə çıxarılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti