...

Rusiyanın xüsusi xidmət orqanları G8 zirvə görüşünün pozulması ilə bağlı terrorçuların planlarının qarşısını alıb

Dünya xəbərləri Materials 18 İyul 2006 16:19 (UTC +04:00)

Rusiyanın xüsusi xidmət orqanları Sank-Peterburqda "böyük səkkizliy"in zirvə görüşünün pozulması ilə bağlı terrorçuların planlarının qarşısını alıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətnin direktoru Nikolay Patruşev bildirib.

"Sankt-Peterburqdakı zirvə görüşünün pozulması ilə bağlı terrorçu və ekstremist təşkilatların liderlərinin planları vaxtında aşkarlanıb və qarşısı alınıb" - deyə N.Patruşev Milli Antiterrorçu Komitənin 3-cü iclasını açarkən bildirib.

Trend "Novosti" RİA-ya istinadən xəbər verir ki, FTX rəhbərinin sözlərinə görə, zirvə görüşünün keçirildiyi müddətdə təkcə tədbirin təhlükəsizliyinin təminatı üzrə qərargah deyil, həm də Şimali Qafqaz regionundakı subyektlərin əməliyyat qərargahları da gərgin işləyib.

"Onların ixtiyarında olan vəsaitə və qüvvələr hazır vəziyyətə gətirilmişdi" - deyə N. Patruşev qeyd edib.

Xəbər lenti

Xəbər lenti