...

Qazaxıstan və Bolqarıstan hökumət başçılarının danışıqları başlanıb

Dünya xəbərləri Materials 24 İyul 2006 15:11 (UTC +04:00)

Qazaxıstanın ÜTT-yə qoşulması ilə əlaqədar ikitərəfli danışıqlarda iştirak etmək üçün Qazaxıstanın baş naziri Danial Axmetov Bolqarıstana rəsmi səfər edib.

Trend "Kazinform"a istinadən bildirir ki, Sofiyada Müqqəddəs Aleksandr Nevski meydanında bu səfərlə əlaqədar mərasim keçirilib. Qazaxıstan və Bolqarıstanın himnləri səsləndirilib, naməlum əsgərin heykəli qarşısına əklillər qoyulub.

Hazırda Bolqarıstan hökumətinin binasında baş nazirlərin dar və geniş tərkibdə danışıqları başlayıb. Bundan sonra bir sıra sənədlərin imzalanması və mətbuat konfransının keçirilməsi planlaşdırılır.

İki ölkə arasında mal dövriyyəsi ötən il 21,23 mln. dollar təşkil edib. Ekspertlərin dediklərinə görə, ilk iki ay ərzində Qazaxıstan mallarının Bolqarıstana ixracının həcmi artıb. Bu, Qazaxıstanın xam neft tədarükünü xeyli artırması ilə bağlıdır. Bolqarıstandan Qazaxıstana isə əsasən tibbi preparatlar və parfümeriya məhsulları idxal olunur.

İki ölkənin ticari-iqtisadi əməkdaşlığının perspektivli istiqaməti əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı və konserv sənayesində birgə müəssisələrin yaradılmasıdır. Bolqarıstan şirkətləri Qazaxıstanın paytaxtaxtında ayrı-ayrı tikinti obyektlərinin ucaldılmasında maraqlıdır.

Bolqarıstan Qazaxıstan üçün Balkanlarda tranzit-energetika mərkəzi və AB nəqliyyat layihələrində bağlayığı zəncir kimi xüsusi maraq kəsb edir. Məlum oluduğu kimi, Bolqarıstan 2007-ci ildə AB-yə daxil olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti