Avropa Birliyi Tbilisini Moskva ilə konstruktiv dialoqa dəvət edib, həmçinin Gürcüstan və Rusiya münasibətlərinin normallaşdırılmasına yardım etməyə hazır olduğunu bildirib. Bu barədə Tbilisidə Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ilə görüşdə AB-nin Cənubi Qafqaz ölkələrindəki xüsusi nümayəndəsi Piter Semnebi xəbər verib.
Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, onlar Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin tənzimlənməsini, həmçinin Gürcüstan parlamentinin bu yaxınlarda qəbul etdiyi Rusiya sülhməramlılarının münaqişə zonalarından çıxarılması haqqında qətnaməni müzakirə edib. Moskva bunu vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirib. Sülhməramlı qüvvələr 90-cı illərin əvvəllərində bu böhran zonalarına daxil edilib və onların çıxarılması münaqişənin bərpa olunmasına səbəb ola bilər.