...

Qazaxıstan baş naziri: Aktauda ölkənin sənaye-innovasiya strategiyası səmərəli həyata keçirilir

Dünya xəbərləri Materials 26 İyul 2006 15:13 (UTC +04:00)

"Biz maşınqayırma ilə bağlı obyektlərlə tanış olmuşuq. İki növ maşınqayırma ilə rastlaşdıq. Bu, XX yüz illik üçün xarakterik olan maşınqayırma və müasir yüksək səviyyəli maşınqayırmadır ki, Qazaxıstanın neft-qaz sahəsində daha səmərəli inkişafına köməklik göstərir" - deyə Qazaxıstanın baş naziri Danial Axmetov Manqıstau vilayyətinə səfərinin yekunları ilə bağlı jurnalistlərə bildirib. Bu barədə "Kazinform" xəbər yayıb.

Trend agentliyinin məlumatına əsasən, o vurğulayıb ki, Qazaxıstan hökumətinin ötən il "Kazazot" kimya kombinatının bərpası haqqında qəbul etdiyi qərarın necə səmərəli həyata keçirildiyini görüb.

"Mən əminəm ki, çox qısa müddətdən sonra zavod işə başlayacaq və bir neçə ilə iqtisadiyyat üçün çox zəruri olan 2 və ya 3 mln. ton azot gübrəsi buraxmağa başlayacaq" - deyə o vurğulayıb. D. Axmetov ötən ilin iyulunda başlanmış Aktau dəniz limanının genişləndirilməsinin ikinci mərhələsi çərçivəsində görülən işlərin səmərəliyi və sürətliliyini qeyd edib. "Səmərəli iş aparılır və 1,5-2 il sonra Qazaxıstana təkcə Aktau limanından 20 mln. ton neft nəql etməyə imkan verəcək yeni vasitələr yaranacaq" - deyə baş nazir vurğulayıb.

"Deyə bilərəm ki, bizim prezidentimiz tərəfindən müəyyənləşdirilmiş sənaye-innovasiya strategiyası burada çox səmərəli həyata keçirilir" - deyə D.Axmetov səfərinin yekunlarını açıqlayıb.

Brifinqın sonunda baş nazir deyib ki, noyabrın 30-da Moskvada birgə müəssisələrin birinci inkişaf mərhələsinə yekun vurulacaq. Bu müəssisələrə dair memorandumlar Qazaxıstan atom enerjisinin inkişaf məsələləri üzrə işçi qrupunun iclasında imzalanıb.

Xəbər lenti

Xəbər lenti