...

ABŞ senatoru Riçard Luqar avqustun 18-20-də Qazaxıstana səfər edəcək

Dünya xəbərləri Materials 14 Avqust 2006 15:50 (UTC +04:00)

ABŞ senatoru Riçard Luqar avqustun 18-20-də Qazaxıstana səfər edəcək. Trend in Qazaxıstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə bu gün Astanada keçirilən brifinqdə Qazaxıstan XİN-in mətbuat katibi İlyas Omarov bildirib.

Səfər zamanı dövlət başçısı Nursultan Nazarbayev, baş nazir müavini Karim Masimov, təhlükəsizlik şurasının katibi Marat Tajin, səhiyyə, sənaye və ticarət, maliyyə, energetika, kənd təsərrüfatı, təhsil, daxili işlər nazirləri və Milli təhlükəsizlik komitəsinin sədri ilə görüşlərin keçiriləcəyi planlaşdırılıb.

R.Luqar ABŞ Senatının xarici işlər üzrə komitəsinin sədridir, Kənd təsərrüfatı, ərzaq və meşə təsərrüfatı üzrə Komitənin tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti