...

İran prezidentinin Tbilisi səfərinin tarixi müəyyənləşdirilməyib

Dünya xəbərləri Materials 18 Avqust 2006 18:52 (UTC +04:00)

Xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili bildirir ki, İran prezidentinin Gürcüstan səfərinin tarixi hələ müəyyənləşdirilməyib.

Valeri Çeçelaşvilinin cümə günü mətbuat konfransında bildirdiyi kimi, yaxın zamanlarda İranda Gürcüstan-İran hökümətlərarası komissiyanın iclası olacaq, burada bu ölkə prezidentinin Gürcüstan səfərinin müddəti və proqramı müzakirə ediləcək.

Trend in Praym-Nyus-a istinadən verdiyi xəbərə görə, o deyib ki, İran prezidentinin Gürcüstana dəvət olunması İran xarici işlər naziri müavininin bu yaxınlardakı Tbilisi səfəri zamanı səsləndirilib.

"Gürcüstanın bütün tərəfdaşlar və qonşuları, o cümlədən İranla ciddi münasibətləri var", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti