...

Türkiyə su enerjisindən istifadəni gücləndirmək niyyətindədir

Dünya xəbərləri Materials 22 Avqust 2006 12:20 (UTC +04:00)

Türkiyənin bir sıra təşkilatları və elmi mərkəzləri su enerjisindən istifadəni gücləndirmək məqsədilə 2008-ci ildə "Dünya su enerjisi" lozunqu altında dünya ölkələri liderlərinin beynəlxalq görüşünün keçirilməsi üzrə öhdəlik götürməyi təklif edir. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir.

Görüşün keçiriləcəyi yer kimi İstanbul göstərilir. Yerli muütəxəssislərin fikrincə, hazırda Türkiyə elektrik enerjisinin 75%-ni neft, daş kömür və qazdan istehsal edir. Və bu o halda baş verir ki, Türkiyə öz enerji ehtiyatlarından istifadə etdiyi halda təkcə özünü enerji ilə təmin etmir, həm də onu ixrac edir . Bu halda ölkə hər il təxminən $30 mlrd vəsaitə qənaət edə bilər.

Bunun üçün Türkiyədə böyük potensial və mühüm, o cümlədən qeyri-ənənəvi enerji mənbələri - termal su, külək, günəş fəallığı və təlatümlü sahil suları var.

Kadr hazırlığı məqsədilə 2007-ci dərs ilində ölkənin bəzi universitetlərində "enerji sistemləri üzrə mühəndis" ixtisaslı mütəxəssislər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti