...

Zaza Qoqava Gürcüstan ordusunda baş qərargah rəisinin müavini təyin olunub

Dünya xəbərləri Materials 25 Avqust 2006 14:49 (UTC +04:00)

Polkovnik Zaza Qoqava Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub. Bu barədə "Novosti-Qruziya"ya Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Trend in xəbər verdiyi kimi, müvafiq əmri müdafiə naziri İrakli Okruaşvili imzalayıb. Yeni təyinatadək Zaza Qoqava MN-in Kodjori xüsusi təyinatlı briqadasının komandiri olub. Nazirlikdə Qoqavanın köhnə vəzifəsinin kim tərəfindən icra olunacağı hələ dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti