Qazaxıstan oktyabrda keçiriləcək növbəti MDB sammitinin gündəliyinə miqrasiya problemlərini, eləcə də nəqliyyat və kommunikasiya məsələlərini salmağı planlaşdırır. Bu barədə bu gün Qazaxıstanın dövlət başçısı, MDB sədri Nursultan Nazarbayev MDB ölkələri maliyyə (vergi) tədqiqatları orqanlarının Koordinasiyası Şurasının növbəti iclasının iştirakçıları ilə görüşü zamanı bildirib.
"Ölkələrimiz arasında qarşılıqlı münasibətlərə və iqtisadiyyatımıza təsir göstərəcək konkret addımlarla və qərarla irəliləmək üçün bu iki məsələni mən gündəliyə çıxarmaq istəyirəm", - Nursultan Nazarbayev vurğulayıb.
"MDB sədri kimi, mən təşkilatın işini səmərəli etməyə, həmişə etdiyimiz kimi, bütün məsələlərə can atmağa yox, onlardan ən mühümlərini həll etməyimizə çalışıram", - deyə Qazaxıstan rəhbəri əlavə edib.