...

ABŞ Ukraynaya korrupsiyaya qarşı mübarizə üçün $45 mln. ayırır

Dünya xəbərləri Materials 21 Sentyabr 2006 19:43 (UTC +04:00)

ABŞ Ukraynaya korrupsiyaya qarşı mübarizə üçün $45 mln. ayırmağa hazırdır. Trend in "Novosti" informasiya agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə bu gün Amerikanın Kiyevdəki səfiri Uilyam Teylor bildirib.

"Biz praktiki olaraq ABŞ və Ukrayna hökumətləri arasında bu vəsaitin (45 mln. dollar) ayrılmasına dair sazişi imzalamağa və bu layihənin həyata keçirilməsinə başlamağa hazırıq", - deyə o bildirib. Səfirin sözlərinə görə, müvafiq razılıq onun Ukrayna prezidenti Viktor Yuşenko və baş nazir Viktor Yanukoviçlə apardığı görüşlər zamanı əldə olunub.

Teylor Ukraynanın "bütün səviyyələrdə korrupsiya ilə mübarizə üzrə kəsərli tədbirlər görəcəyinə" ümidvar olduğunu bildirib.

Sentyabrın əvvəlində Ukrayna prezidenti bildirib ki, Ali Radaya çıxarmaq niyyətində olduğu əsas qanun layihələrindən biri korrupsiya ilə mübarizə haqqında qanun layihəsi olacaq.

Xəbər lenti

Xəbər lenti