Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin bu ölkənin Avropa Birliyi ilə əməkdaşlığının gedişinə dair təsdiqlədiyi məruzəni "AB ilə əməkdaşlıq prosesi ilə bağlı ümidlərin doğrulması" nöqteyi-nəzərindən qənaətbəxş qiymətləndirib.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, "Türkiyənin AB ilə münasibətlərinə daha böyük ziyan vura bilən və narazılıq doğuran" fikirlərin bir hissəsinin məruzədən çıxarılması planında fəaliyyətin əhəmiyyəti vurğulanır.
Yerli icmalçıların fikrincə, Ankarının sənədi qənaətbəxş qiymətləndirməsi ilk növbədə, "ermənilərin soyqrımı" ilə bağlı bəndin çıxarılması ilə əlaqədardır.
Avropa Parlamenti tərəfindən Türkiyənin birliklə əməkdaşlığının gedişi haqqında məruzə layihəsinin müzakirəsi zamanı ölkənin AB-yə qəbul edilməsi yolunda siyasi şərt kimi Ankaranın "ermənilərin soyqırımı"nı tanınması zəruriliyi ilə bağlı bənd sənəddən çıxarılıb.