...

Mixail Saakaşvili İsrailə səfər edəcək

Dünya xəbərləri Materials 31 Oktyabr 2006 16:51 (UTC +04:00)

Oktyabrın 31-də Gürcüstan prezidenti Mixail Saakaşvili İsrailə rəsmi səfər edəcək. Səfər zamanı dövlət başçısı İsrailin baş naziri Ehud Olmertlə görüşəcək.

Hayfa universitetində Mixail Saakaşviliyə fəxri doktor adı veriləcək.

İsrailin baş naziri və Gürcüstan prezidenti müasir enerji problemlərinin elmi tədqiqat mərkəzinə baş çəkəcək. Bu mərkəzin rəhbəri Brend Şefer Mixail Saakaşvilini müasir Nelson Mandeloy, demokratiyanın yayılmasının və korrupsiya ilə zor tətbiq etmədən mübarizə simvolu adlandırıb.

Gürcüstan prezidenti İsraildə gürcü diasporunun nümayəndələri ilə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti