...

Qazaxıstan baş naziri postuna K.Məsimovun namizədliyi irəli sürülüb

Dünya xəbərləri Materials 8 Yanvar 2007 15:56 (UTC +04:00)

"Kazakhstan Today" informasiya agentliyi bildirib ki, Qazaxıstan baş naziri postuna Kərim Məsimovun namizədliyi irəli sürülüb. K.Məsimov 2006-cı ilin yanvarından etibarən Qazaxıstan Respublikası baş nazirinin müavini vəzifəsini tutub.

Trend "RBK"yə istinadən bildirir ki, 2006-cı ilin aprel ayından oktyabr ayına qədər o, baş nazirin müavini vəzifəsini iqtisadiyyat və büdcə plandlaşdırılması üzrə nazir vəzifəsi ilə bir arada icra edib.

Bu gün Qazaxıstan baş naziri Danial Axmetov istefa haqqında ərizə verib. Qanuna müvafiq olaraq baş nazirin istefası ümumilikdə hökumətin istefası deməkdir.

Prezident Nursultan Nazarbayev hökumətin istefasını qəbul edib.

Xəbər lenti

Xəbər lenti