Əgər ABŞ Tehranın nüvə proqramını pozmaq üçün ölkəyə hücum edərsə, İran buna hərbi qüvvələrinin gücü ilə cavab verəcək. RBK .-nın verdiyi m əlumata görə, bu bəyanatla İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani çıxış edib.
"Əgər Vaşinqton Tehranın "hərbi" məqsədli nüvə proqramına hücum edərsə, İran ABŞ-a zərbə endirəcəkmi?" - sualını cavablandırarakən Laricani qeyd edib ki, hərbi qüvvələr analoji cavab alacaqlar.
Cari ilin fevral ayında Laricani bildirib ki, İran ABŞ-ın rəsmi kanallarla danışığa dəvətinə müsbət cavab verəcək , ancaq heç bir şərt qəbul etməyəcək. O həmçinin qeyd edib ki, danışıqların aparıilması üçün ABŞ tərəfindən uranın zənginləşdirilməsini dayandırmaq üçün Tehran qarşısında qoyulan sərt prinsipləri İran pozacaq, çünki bu qəbuledilməzdir.