...

ABŞ senatı İraqdan qoşunların çıxarılması müddətinin müəyyən edilməsini qəbul etməyib

Dünya xəbərləri Materials 16 Mart 2007 11:24 (UTC +04:00)

Amerika qoşunlarının İraqdan çıxarılmasnın son möhlətini müəyyən edən qanun layihəsi Amerika senatı tərəfindən qəbul olunmayıb. Qanun layihəsi ABŞ Konqresinin Yuxarı Palatası tərəfindən səsə qoyulmuşdu. Onun qəbul olunması üçün demokratlara 100 senatorun 2/3 hissəsinin dəstəyinin alınması lazım idi. Lakin qanun layihəsinə 50 "əleyhinə" olmaqla 48 senator səs verib.

Təqdim olunmuş sənəddə adminstrasiyaya Amerika qoşunlarının 120 gün ərzində 2008-ci ilin martın 31-nə qədər çıxarılması çağırışı əks olunmuşdur. Bu barədə İTAR-TASS məlumat verib.

Hazırda qanun layihəsi Aşağı Palatada tam tərkibdə səsə qoyulacaq və yerli ekspertlərin rəyinə əsasən, qanun layihəsinin qəbul olunmasına böyük şans var.

Xəbər lenti

Xəbər lenti