...

Pakistan nüvə başlığı daşıya bilən qanadlı raketlərin uğurlu sınağını aparıb

Dünya xəbərləri Materials 22 Mart 2007 11:38 (UTC +04:00)

Pakistan nüvə başlığı daşıya bilən qanadlı raketlərin uğurlu sınağını aparıb. Pakistan komandanlığından verilən məlumata görə, Haft VII (Babar) adlı raketlər həmçinin düşmən radarlarından gizlənə bilir. Bu barədə məlumatı RBK yayıb.

Associated Press-in verdiyi məlumata görə, raket 700 km məsafəni qət edərək müxtəli döyüş başlıqları daşımaq iqtidarındadı.

Bu, 2006-cı ilin dekabrından etibarən Ppakistanın bu tip rakletlərlə apardığı dördüncü sınaqdır. Ötən ilin dekabr ayının 9-da yaxınn radiuslu Hatf III raketlərinin sınaqları aparılmışdı. 2007-ci ilin 23 fevralında isə uzaqmənzilli Hatf VI ballistik raketlərinin təkmilləşdirmə işləri uğurla başa çatdırılıb. Haft II operativ-taktiki raketlərinin sınağı isə 2007-ci il martın 3-də həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti