...

Ukraynada baş nazir hökumətin fövqəladə iclasını keçirəcək, prezident isə "silahlıları" yanına çağırır

Dünya xəbərləri Materials 24 May 2007 19:39 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukraynanın baş naziri Viktor Yanukoviç Yaltadan Kiyevə qayıtdıqdan sonra Nazirlər Kabinetinin fövqəladə iclasını keçirmək niyyətindədir.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən UNİAN-a məlumat verilib.

Mətbuat xidmətinin nümayəndəsi bildirib ki, toplantı KİV üçün qapalı olacaq.

Öz növbəsində Ukrayna prezidenti Viktor Yuşenko hərbi qurumların rəhbərlərini çağırıb. Bu barədə jurnalistlərə Ukraynanın müdafiə naziri Anatoli Qrisenko Poltavada məlumat verib. Bununla əlaqədar olaraq nazir Poltavada səfərini qısaldaraq təcili Kiyevə dönüb.

Bəzi KİV-lərin Ukrayna Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün həmçinin Avropa İttifaqına üzv ölkələrin parlament sədrlərinin konfransında iştirak etmək üçün Slovakiya Respublikasına səfər edən Ukrayna Ali Radasının sədri Aleksandr Moroz da Kiyevə qayıdıb.

Xəbər lenti

Xəbər lenti