...

Azərbaycanın neft sonrası iqtisadiyyatı mövzusu müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 12:22 (UTC +04:00)
Bakıda bazar ertəsi “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı” mövzusunda Bakı Gələcək Forumu öz işinə başlayıb.
Azərbaycanın neft sonrası iqtisadiyyatı mövzusu müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda bazar ertəsi "Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı" mövzusunda Bakı Gələcək Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, forumun açılışında Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova bildirib ki, Forumun keçirilməsində əsas məqsəd dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasıdır. O qeyd edib ki, tədbirə dünya şöhrətli alimlər toplanıb. Hüseynova bildirib ki, forumun müsbət nəticələri davamlı inkişafa şərait yaradacaq və konkret nəticələrə gətirib çıxaracaq. O qeyd edib ki, əsas vəzifələrdən biri elm adamları, QHT-lər, sahibkarlar arasında əlaqələrin inkişaf etdirilməsidir:

"Azərbaycan istedadlar, tolerantlıq ölkəsidir. Forum uzunmüddətli əlaqələrin güclənməsinə öz tövhəsini verəcək".

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov forumdakı çıxışında bildirib ki, Azərbaycan son illərdə karbohidrogen ehtiyyatları sayəsində öz iqtisadiyyatını xeyli inkişaf etdirib. Onun sözlərinə görə, Azərbaycan öz neft ehtiyyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkədir və onun əldə etdiyi nailiyyətlər barədə bütün dünya məlumatlıdır. Lakin nazir eyni zamanda qeyd edib ki, Azərbaycanın hazırda əsas məqsədi neftdən sonrakı inkişafın təməlini qoymaqdır, gələcək inkişafı təmin edəcək neftsiz iqtisadiyyatı irəliyə aparmaqdır. Abbasov qeyd edib ki, bununla bağlı özəl sektor, aqrar sektora geniş imkanlar yaradılır. Nazir qeyd edib ki, hədəfdə qeyri-neft sektorunun 2 dəfə, İKT sektorunun 4 dəfə genişləndirilməsidir. Abbasovun sözlərinə görə, hazırda Azərbaycanın İKT-dən illik gəliri 2 milyard manat təşkil edir ki, 2020-ci ildə bunun həcminin 8,5-9 milyard manata qaldırılması planlaşdırılır. Nazir öz çıxışında gələcək 8-10 ildə nanotexnologiyaların inkişafının da əsas məqsədlərdən biri olduğunu deyib.

Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə çıxışında bildirib ki, Azərbaycan artıq dünyada sürətlə inkişaf edən ölkələrin siyahısına qoşulub. Onun sözlərinə görə, ölkənin inkişafı müstəqillik illəri ərzində dəfələrlə inkişaf edib. Rəhbərlik etdiyi qurumun ötən illər ərzində əldə etdiyi uğurlardan danışan Bağırov deyib ki, ETSN əsas uğuru meşələrin qırılmasının qarşısının alınması olub.

Forumda çıxış edən Minillik layihəsinin direktoru Jerom Qlenn Forumun əhəmiyyətindən danışıb. O qeyd edib ki, foruma dünya innovasiya texnologiyalarının son nailiyyətləri gətilib ki, bunlardan da biri 3D printerdir. O həmçinin qeyd edib ki, Bakıda holoqrafik konfransın keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti