...

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunub (FOTO)

Siyasət Materials 12 Mart 2012 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunub.

Trend-in məlumatına görə, qətnamədə gənclərə dövlət qayğısının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər təqdir edilir, dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə öz səylərini səfərbər etməyə çağırılır, xalqımızın məruz qaldığı terror və soyqırımı aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması işinin bütün dünya azərbaycanlılarının müqəddəs borcu olduğu vurğulanır.

Qətnamədə Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsinin təsdiq edilməsi, bir ay müddətində birliyin dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi, ofislə təmini üçün müvafiq orqanlara müraciət edilməsi qeyd olunub.

Qətnamədə İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən həyata keçirilən "Xocalıya Ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasında gənclərin daha fəal iştirakının təmini, Xocalı faciəsinin bütün dünyada soyqırımı kimi tanınması məqsədilə beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq gənclər təşkilatları, xarici ölkələrin icra və qanunverici orqanları, KİV-ləri, QHT-ləri ilə mütəmadi iş aparılmasının zəruriliyi qeyd edilir.

Birliyin bir ay müddətinə rəsmi internet səhifəsinin yaradılması, mətbu orqanının təsisi də qətnamədə yer alıb.

Xəbər lenti

Xəbər lenti