...

Xaricdəki azərbaycanlılar orada yaşayanlarla sıx əməkdaşlıq etməlidirlər - TürkPA baş katibi

Cəmiyyət Materials 12 Mart 2012 15:40 (UTC +04:00)
Azərbaycanı xaricdə təmsil edənlər orada yaşayan və işləyən insanlarla bərabər əməkdaşlıq zamanı lobbi quruculuğuna, Azərbaycanın tanıdılmasına və inkişafına böyük xeyir verə bilərlər.
Xaricdəki azərbaycanlılar orada yaşayanlarla sıx əməkdaşlıq etməlidirlər - TürkPA baş katibi

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanı xaricdə təmsil edənlər orada yaşayan və işləyən insanlarla bərabər əməkdaşlıq zamanı lobbi quruculuğuna, Azərbaycanın tanıdılmasına və inkişafına böyük xeyir verə bilərlər. Trend-in məlumatına görə, bunu Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında "Azərbaycan lobbi quruculuğu: Müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında" mövzusunda ikinci paneldə çıxışı zamanı Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov deyib.

Onun sözlərinə görə, lobbi quruculuğu çox önəmli bir prosesdir.

"Xaricdə təhsil alan gənclərimiz öz təhsil müəssisələrində oxuduqları zaman və oranı bitirdikdən sonra çevrələrində olan həmin ölkə vətəndaşları ilə dostluq münasibətləri qura bilirlərsə, həmin ölkənin idarəetmə sistemində aktiv olan insanlarla münasibətləri yaranırsa, bununla lobbi quruculuğuna və Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasına öz töhfələrini vermiş olurlar", - Həsənov bildirib.

Baş katibin sözlərinə görə, ermənilərin həyata keçirdikləri ən aktiv proseslərdən biri ondan ibarətdir ki, yaşadıqları ölkələrdə nüfuzlu insanlarla ailəvi dostluq münasibətləri yaradırlar, o ölkənin siyasətinə nüfuz edə biləcək, söz sahibi olan insanlarla şəxsi münasibətlər qururlar və bu da beynəlxalq münasibətlər sistemində önəmli rol oynayır.

"Mən hesab edirəm ki, bu məsələdə bizim gənclərin qurduğu münasibətlər də əhəmiyyətli rol oynaya bilər", - Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti