...

Anar Məmmədov: Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı təbliğat güclənib

Cəmiyyət Materials 12 Mart 2012 17:15 (UTC +04:00)
Son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı apardığımız təbliğat güclənib.
Anar Məmmədov: Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı təbliğat güclənib

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı apardığımız təbliğat güclənib. Trend-in məlumatına görə, bunu Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında üçüncü paneldə çıxışı zamanı Amerika Azərbaycan Alyansının təsisçisi Anar Məmmədov deyib.

"Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində izdihamlı aksiyaların, tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir. Amerika Azərbaycan Alyansı da Xocalı soyqırımının ildönümü ilə bağlı geniş tədbirlər həyata keçirdi. ABŞ-ın nüfuzlu "New York Times" və "Washington Post" qəzetlərinin bir səhifəsində Xocalı soyqrımına həsr olunmuş məqalələr dərc edildi. Vaşinqton şəhərində 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirildi", - Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ-ın bir sıra hava limanlarında əhaliyə Xocalı soyqırımından bəhs edən broşürlər paylanılıb, eləcə də ABŞ-ın bir sıra informasiya saytlarında Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirilib.

"ABŞ-ın nüfuzlu hesablama mərkəzlərinin məlumatına görə, bütün bu tədbirlər nəticəsində ümumilikdə təxminən 150 milyona yaxın insan Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti