Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
18-19 sentyabr tarixlərində Belçikanın Brüssel şəhərində Avropa Birliyinin Avropa Şurası ilə gənclər sahəsində əməkdaşlığı çərçivəsində Gənclər Siyasəti üzrə Avropa Bilik Mərkəzinin üzvlərinin 8-ci iclası keçirilir.
İclasda Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Fondun nümayəndəsi Lalə Rzayeva iştirak edirlər.
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fond nümayəndələri Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramının nümayəndələri ilə görüşüb, birgə əməkdaşlığa dair müzakirələr aparacaqlar.
Görüşlər zamanı Gənclər Fondunun təqdimatı keçiriləcək, Fond haqqında proqram iştirakçılarına ətraflı məlumat veriləcəkdir.